- 17:29
Bərdə-Ağdam avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib.
Hakim Kamil Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 28-nə təyin olunub.
Qeyd edək ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü İsrafil Həsənov ağır bədən xəsarətləri alaraq ölüb. "BMW" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Rövşən Əliyev isə müxtəlif dərəcəli xəsarətlər alıb. R.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə