Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM


  • 16:02

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi

“3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi

Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi

Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.

Oxşar xəbərlər