Salxab Məmmədov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olundu


  • 3 Yanvar 2023 13:42

Xalq rəssamı Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Salxab Məmmədov 1943-cü il yanvarın 4-də Şəki şəhərində anadan olub. Sabah onun 80 yaşı tamam olur.

Oxşar xəbərlər