- 26 May 20:54
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” təsdiq edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” təsdiq edilib.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın (bundan sonra – Strategiya) həyata keçirilməsini əlaqələndirsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası:
3.1. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etsin;
3.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.