Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrıldı


  • 1 Sentyabr 2023 19:35

Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ayrılıb.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.

Oxşar xəbərlər