- 26 May 20:54
Türkiyənin Amasya şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Amasya Liseyinin 5 şagirdi nahar fasiləsində marketdən alıb yedikləri qidadan sonra vəziyyətləri pisləşib.
Halsızlıq, ürəkbulanma və ishaldan şikayət edən məktəblilər dərhal xəstəxanaya aparılıb. Onlara qida zəhərlənməsi diaqnozu qoyulub.
Hazırda xəstəxanada müalicəsi davam etdirilən şagirdlərin səhhətinin normal olduğu bildirlib.
Şəbnəm Mehdizadə