- 26 May 20:54
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiqləyib.
E-huquq.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş” təsdiqlənib.