- 6 Mart 23:53
ABŞ ötən gün İran tərəfindən Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyir və Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin sosial şəbəkə hesabında qeyd edilib.
"ABŞ-nin Azərbaycandakı Səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və hücum nəticəsində yaralanan şəxslərə tezliklə sağlamlıqlarını bərpa etməyi arzulayır," - deyə məlumatda bildirilib.