Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı oldu


  • 6 Mart 20:32

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusun Baş naziri Aleksandr Turçin ilə telefon danışığı aparıb.

Bu barədə e-huquq.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı əsnasında iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.

Hökumət başçıları regiondakı mövcud vəziyyəti müzakirə ediblər. Naxçıvanda baş vermiş insidentlə bağlı narahatlıq ifadə olunub.

Ə.Əsədov İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə Azərbaycana qarşı həyata keçirdiyi hücumlar barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin Azərbaycan və Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə olunub.

Oxşar xəbərlər