İrandan daha bir neçə ölkənin vətəndaşları Azərbaycana təxliyə edildi - FOTO - YENİLƏNDİ


  • 8 Mart 20:47

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan bu gün saat 9:00-dan 20:00-dək Azərbaycana 45 nəfər təxliyə edilib.

E-huquq.az xəbər verir ki, 6 Azərbaycan, 8 Rusiya, 12 Çin, 3 Qazaxıstan vətəndaşı, habelə Sloveniyanın 2, Ruminiyanın 2 diplomatı, eyni zamanda İsveçrənin 1, Belçikanın - 2 diplomatı, Macarıstanın 9 diplomatı təhlükəsiz şəkildə Azərbaycana təxliyə olunublar.

Təxliyə prosesi müvafiq təhlükəsizlik və qeydiyyat prosedurlarına uyğun şəkildə həyata keçirilir.

***

20:00

İrandan xarici diplomatların təxliyəsi davam etdirilir.

E-huquq.az xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Sloveniya səfirliyinin 2 nümayəndəsi, Rumıniyanın 2, Belçikanın 3 və İsveçrənin 1 diplomatı təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Xarici diplomatların təxliyəsi mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, bir qədər əvvəl Macarıstanın İrandakı səfiri və səfirliyin 8 əməkdaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.

***

13:37

"Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

E-huquq.az xəbər verir ki, təxliyə çərçivəsində Qazaxıstanın 3 diplomatik nümayəndəsi sərhədi keçərək Azərbaycan ərazisinə təxliyə olunub.

Bundan əlavə səhər saatlarında isə Rusiyanın 8 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.

Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.

Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Oxşar xəbərlər