- 00:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 2026-cı ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsini davamlı şəhərsalma və dayanıqlı şəhər inkişafı üzrə qlobal səylərə əhəmiyyətli töhfə kimi alqışlayıblar.
E-huquq.az xəbər verir ki, bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatında yer alıb.
Prezidentlər Forumdan müvafiq sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını dərinləşdirmək üçün istifadə etməyə hazır olduqlarını bildiriblər.