Rusiya səfiri İrana humanitar yardımın tranzitinə görə Azərbaycana təşəkkür etdi


  • 20:10

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov İran İslam Respublikasına humanitar yardımın tranzitinə görə Azərbaycana təşəkkür edib.

E-huquq.az xəbər verir ki, bu barədə səfir Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.

O xatırladıb ki, bir neçə gün əvvəl Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. Bu danışıqdan sonra Rusiya Prezidenti Vladimir Putin İran tərəfinin xahişi ilə ölkəyə tibbi ləvazimatlar çatdırmağı tapşırıb.

Səfir qeyd edib ki, tibbi ləvazimatlardan ibarət humanitar yükün Azərbaycan ərazisindən tranziti ilə bağlı Rusiyanın müraciətinə əsasən, Prezident İlham Əliyev tərəfindən müvafiq qərar qəbul edilib. “Azərbaycan tərəfinə çox təşəkkür edirəm. Hər şeyin necə gözəl təşkil olunduğunu görürsünüz”, - deyə o əlavə edib.

Oxşar xəbərlər