Bakıda Əjdərbəy məscidində Ramazan bayramı namazı qılındı


  • 08:03

Bakıda Əjdərbəy məscidində Ramazan bayramı namazı qılınıb.

E-huquq.az xəbər verir ki, yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Qeyd edək ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.

Oxşar xəbərlər