- 10:45
Martın 20-də səhər saat 09:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.
E-huquq.az xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin Heydər Məscidi, Sarvanlar, Pirqəmiş, Kazım Qarabəkir Paşa və Came məscidlərində qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21-i Azərbaycanda Ramazan bayramıdır.