- 14:46
Bu gün Cənubi Qafqaz artıq sülh, təhlükəsizlik və əməkdaşlıq mərkəzinə çevrilir.
E-huquq.az xəbər verir ku, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.
“Burada Gürcüstanın da rolunu qeyd etmək istəyirəm. Gürcüstan Baş naziri Ermənistanla Azərbaycan arasında sülhü qeyd etdi. Bu sahədə ticarət də önəmlidir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan üzərindən həyata keçirilir. Buna görə Gürcüstana təşəkkür etmək istəyirəm”, - dövlət başçısı vurğulayıb.