Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqon gübrə göndərildi - YENİLƏNDİ


  • 3 May 12:34

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə e-huquq.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə mayın 3-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

***

10:10

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndəriləcək.

E-huquq.az xəbər verir ki, 8 vaqon yüklü qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Oxşar xəbərlər