Azərbaycanla Kanada arasında əlaqələr müzakirə edildi


  • 22:10

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin Xarici Xidmət İnstitutunun (XXİ) baş direktoru Stefan Jobin ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Peşəkar əməkdaşlığın və dialoqun gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.

Bildirilib ki, ölkələr arasında əlaqələr də müzakirə edilib.

Oxşar xəbərlər