- 12 May 22:31
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.
E-huquq.az xəbər verir ki, mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, yürüş iştirakçıları təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.