- 12 May 20:19
Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib.
E-huquq.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.