Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanları araşdırıldı


  • 14 May 23:36

Azərbaycanın Bolqarıstandakı səfirliyi 2026-cı ildə keçirilməsi planlaşdırılan yüksək səviyyəli tədbirin hazırlığı barədə fikir mübadiləsi aparmaq üçün bu ölkənin aparıcı akademik institutlarının nümayəndələrini, enerji ekspertlərini və strateji maraqlı tərəfləri bir araya gətirərək "Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid" mövzusunda müzakirələrə ev sahibliyi edib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Müzakirələrdə enerji təhlükəsizliyi, yaşıl keçid, dayanıqlı şəhər inkişafı, texnoloji innovasiyalar və akademik tərəfdaşlıq sahələrində Azərbaycan-Bolqarıstan əməkdaşlığının gücləndirilməsi imkanlarına diqqət yetirilib, eyni zamanda əlaqəlilik və enerji dayanıqlılığının daha geniş regional ölçülərini araşdırılıb", - məlumatda qeyd olunub.

Görüş 2026-cı ildə keçirilməsi planlaşdırılan "Sinerji Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid" mövzusunda yüksəksəviyyəli tədbir üçün hazırlıq platforması rolu oynayıb.

Oxşar xəbərlər