- 14:43
Dünyada urbanizasiya prosesinin çox sürətlə getdiyi, şəhərlərə axının olduğu və bunun nəticəsində insanların təklif edilən xidmətlərin çatışmazlığı ilə üzləşdiyi bir dönəmdə belə bir tədbirin keçirilməsi çox əhəmiyyətlidir.
E-huquq.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Dora Morema deyib.
O bildirib ki, bu tədbir davamlı şəhərsalma, eləcə də şəhərlərin və digər yaşayış məskənlərinin inkişafı ilə bağlı müzakirələrin aparılması üçün vacib rol oynayır: "Azərbaycan COP29 kimi yüksəksəviyyəli tədbirə ev sahibliyi etməklə davamlı inkişaf sahəsində liderlik rolu nümayiş etdirib".
Qonaq, eyni zamanda, vurğulayıb ki, müasir şəhərlərin inkişafında yaşıl enerjinin rolu danılmazdır: "Şəhərlərdə dayanıqlı nəqliyyat vasitələrinin də istifadəsi vacibdir. Çünki davamlı nəqliyyat sistemi iqtisadi səmərəliliyi təmin etməklə yanaşı, ətraf mühitin qorunmasına da xidmət edir".
Mənbə: AZƏRTAC