Anar Quliyev: Bugünkü müzakirələr göstərdi ki, 10 il əvvəl qəbul edilmiş Yeni Şəhər Gündəliyi əvəzolunmazdır


  • 19:10

Mənzil ayrı-ayrılıqda deyil, torpaq, infrastruktur, nəqliyyat, xidmətlər və iqlim siyasəti ilə birlikdə nəzərdən keçirilməlidir.

E-huquq.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, panel müzakirələrində mənzilin üç əsas rolu vurğulanıb: "Bunlar insan hüququ və sosial inklüzivliyin əsası, iqtisadi inkişafın elementi, iqlim fəaliyyəti və dayanıqlılığın əsas vasitəsidir. Bugünkü müzakirələr göstərdi ki, 10 il əvvəl qəbul edilmiş Yeni Şəhər Gündəliyi yalnız aktual deyil, həm də əvəzolunmazdır. İkinci onillik artıq genişmiqyaslı icra dövrü olmalıdır".

Oxşar xəbərlər