Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə İlham Əliyevə minnətdarlığını bildirib


  • 14:57

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qüsursuz təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

E-huquq.az xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində liderlərin sammitində bildirib.

Mirziyoyev vurğulayıb ki, Ümumdünya Şəhərlər Forumu qlobal inkişafın ən aktual məsələlərinin müzakirəsi üçün nüfuzlu platformadır.

"Bugünkü konfransın Xəzərin incisi - gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən isti qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim", - o deyib.

Oxşar xəbərlər