- 18:56
Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saziş ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və iki ölkə arasında daha sıx diplomatik qarşılıqlı əlaqələrin təşviqində daha bir mühüm addımdır.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Möhyəddin Salim Əhməd İbrahimi Azərbaycana səfəri zamanı qarşılayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Daha sonra nazirlər arasında təkbətək görüş başlayıb.