- 21:37
Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində Suriya Ərəb Respublikasının təhsil naziri Mohammad Turko və ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb.
Bu barədə e-huquq.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Suriya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi ətrafında danışıblar.
Görüş çərçivəsində həmçinin cari ilin fevral ayında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Turko və ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"dən irəli gələn məsələlərin icrası istiqamətində müzakirələr aparılıb.