- 20:56
Mayın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Bu barədə e-huquq.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.