Rumıniya XİN rəhbəri: Buxarest Bakı ilə möhkəm strateji tərəfdaşlığı təsdiqləyir


  • 10:13

"Yaşıl Enerji Dəhlizi" və Qara dəniz - Xəzər dənizi nəqliyyat marşrutu Rumıniya və Azərbaycanın regional əlaqələndirmənin genişləndirilməsinə strateji töhfəsidir.

E-huquq.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyunun Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.

"Azərbaycan hökumətinə və xalqına Milli Bayram münasibətilə xoşbəxtlik və çiçəklənmə arzulayırıq!" - o, "X" sosial şəbəkəsində yazıb.

Nazir Buxarestin Bakı ilə möhkəm ikitərəfli strateji tərəfdaşlığı təsdiq etdiyini və bütün sahələrdə, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq qaldığını vurğulayıb.

Oxşar xəbərlər