Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım etdi


  • 14 Yanvar 2022 09:52

"Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur”.

E-huquq.az xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.

"Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!", – paylaşımda qeyd edilib.

Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir:

"Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!”

Oxşar xəbərlər