Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağladı, nəqliyyatın hərəkətində çətinlik yarandı


  • 5 Dekabr 2022 23:53

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik yaranıb.

E-huquq.az xəbər verir ki, yolun buz bağlaması avtomobillərin hərəkətinə maneə olub və qismən tıxac yaranıb.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.

Oxşar xəbərlər

  • 22 Aprel 12:28
Sabahın hava proqnozu