Cari ili 11 ayı ərzində daxil olan şikayətlər və dəm qazından zəhərlənmələrlə bağlı açıqlama - FOTO


  • 9 Dekabr 2022 20:40

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə çıxış edən Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cari ilin 11 ayı ərzində quruma daxil olan şikayətlər haqqında məlumat verib.

Şöbə rəisi ötən ilin analoji dövrü ilə müqayisədə 1453 müraciətin az daxil olduğunu vurğulayıb. İbrahim Kərbalayev bundan başqa havaların soyuması ilə gündəmə gələn dəm qazından zəhərlənmələrə də toxunub.

Qurum rəsmisi bu istiqamətdə insanların maarifləndirilməsi baxımından Birlik tərəfindən videoçarxların ictimaiyyətə təqdim olunduğunu da qeyd edib.

SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev dəm qazından zəhərlənmələrin qarşısının alınması məqsədilə gələn il yanvarın 1-dən etibarən Birlik tərəfindən lazımi tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Şöbə rəisi növbəti ildən qazdan istifadə qaydalarına əməl etməyən abonentlərin qazdan istifadəsinin məhdudlaşdırılacağını da bildirib.

“Açıq qapı” aksiyasında digər məsələlər də müzakirə olunub. Jurnalistləri maraqlandıran suallara ətraflı şəkildə aydınlıq gətirilib.

Oxşar xəbərlər