ABŞ bu bölgəyə yüzlərlə hərbçi göndərir


  • 10:52

ABŞ ordusu Latın Amerikasında hərbi fəaliyyətini genişləndirmək məqsədilə regiona yüzlərlə hərbçi göndərməyə başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə anonim danışan hərbi rəsmilər məlumat veriblər.

Rəsmilərin sözlərinə görə, Nyu-York ştatındakı "Fort Drum" bazasında yerləşən 10-cu Dağ Diviziyasının 600 nəfərlik batalyonunun ilk hərbçiləri Panamada yeni təlim mərkəzinə göndərilir. Onların daha sonra Kolumbiya və Honduras qüvvələri ilə birgə təlimlərdə iştirak edəcəkləri gözlənilir.

Hərbçilərin narkotik ticarətinə qarşı əməliyyatlarda ABŞ Xüsusi Əməliyyat Qüvvələrinə dəstək verə biləcəyi də bildirilir. Eyni zamanda, Qərb yarımkürəsindəki əməliyyatlara nəzarət edəcək yeni komandanlığa Mayamidə əlavə hərbçilərin cəlb olunması planlaşdırılır.

Rəsmilər hazırkı yerləşdirmənin müvəqqəti xarakter daşıdığını, lakin gələcəkdə ABŞ-nin regiondakı daimi hərbi mövcudluğunun bir hissəsinə çevrilə biləcəyini qeyd ediblər.

ABŞ rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər. İnsan hüquqları təşkilatları isə regionda hərbi mövcudluğun genişlənməsinin mülki əhali üçün risklər yarada biləcəyindən narahatdırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər