ABŞ məhkəməsi Vaşinqtonda ağacların kəsilməsini dayandırıb


  • 10:32

ABŞ-də federal hakim Donald Tramp administrasiyasının Vaşinqtondakı tarixi qolf meydançasında ağacların kəsilməsi işlərini oktyabrın 26-dək təxirə salıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə, həmçinin ərazinin quruluşunu dəyişdirə biləcək işlərə başlamazdan ən azı 72 saat əvvəl məlumat verilməsini tələb edib.

ABŞ Dairə Məhkəməsinin hakimi Ana C. Reyes qərarını "East Potomac Golf Links" ərazisində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı verib. Hakim administrasiyanın əvvəlki xəbərdarlıqlara məhəl qoymamasını tənqid edərək, belə işlərin əvvəlcədən razılaşdırılmalı olduğunu vurğulayıb.

Məhkəmə iclasında bildirilib ki, həftəsonu ərazidə təxminən 430 ağac kəsilib, daha 299 ağacın kəsilməsi planlaşdırılır.

Qərar ictimai qolf meydançasında ağacların kəsilməsinin qarşısını almağa çalışan qeyri-hökumət təşkilatlarının təcili müraciətindən sonra qəbul edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər