“Kredit ödənməsə, tələbədən məhkəmə qaydasında alınacaq”


  • 25 Noyabr 16:10

Təhsil Nazirliyi təhsil-tələbə krediti götürən, lakin ödənişi etməyən tələbələrlə bağlı məsələyə münasibət bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev danışıb.

O qeyd edib ki, tələbələrə təhsil müəssisəsini bitirdikdən sonra iki il ərzində güzəşt ediləcək: “Təhsil müddəti bitəndən sonra güzəşt dövrü gəlir. Bu dövr iki ildir. Bunu təhsildən əmək bazarına keçid dövrü də adlandıra bilərik. Tələbə bu dövrdə işləməyə başlayacaqsa, ondan kredit borcunu tələb edəcəyik. O dövrdə işləməyəcəksə, ondan kredit tələb olunmayacaq və faiz hesablanmayacaq. Əgər kreditin ödənməməsi ilə bağlı hal olarsa, həmin vəsait məhkəmə qaydasında tələbədən alınacaq”.

Oxşar xəbərlər