İran prezidenti Paşinyanla telefonla danışdı


  • 10 Avqust 23:22

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər.

“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə Rəisi qeyd edib.

Nikol Paşinyan telefon danışığı zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə məlumat verib.

Oxşar xəbərlər