Kruiz gəmisindən dənizə atılan qadın 20 saat sonra xilas edildi


  • 09:55

Yunanıstan Sahil Mühafizəsi “Royal Caribbean” şirkətinə məxsus kruiz gəmisindən dənizə atılan 44 yaşlı qadının təxminən 20 saat sonra xilas edildiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Salvador vətəndaşı olan qadın “Odyssey of the Seas” gəmisində səyahət edərkən Zakinf adası yaxınlığında İon dənizinə atılıb.

O, xilasedici dairədən yapışaraq suda saatlarla sağ qalmağı bacarıb.

Axtarışlara dəstək verən “MSC Rossella III” yük gəmisinin heyəti qaranlıqda suda olan qadını görərək sahil mühafizəsinə məlumat verib. Əraziyə gələn xilasedicilər qadını təhlükəsiz şəkildə sudan çıxarıblar.

Qadının gəmidən düşmək istədiyi üçün dənizə atıldığını bildirdiyi qeyd olunub.

Xilas edildikdən sonra Katakolo limanına aparılan qadın prokurorun psixiatrik müayinə tələbindən sonra yerli xəstəxanaya yerləşdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər