- 13 Oktyabr 15:36
“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyinatları olub, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik 7 nəfər dövlət qulluqçusu hakim vəzifəsinə təyin olunublar.
E-huquq.az xəbər verir ki, bununla əlaqədar olaraq, yeni təyin olunmuş hakimlərlə məhkəmədə görüş keçirilib.
Bakı Apellyasiya Məhkəməsinin kollektivi adından yeni təyin olunmuş hakimləri təbrik edən məhkəmənin sədri Mübariz Əkbərov ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində də islahatların davam etdirildiyini, bu sahədə işin müasir çağırışlara uyğun yeni mərhələdə aparıldığını qeyd edib. Sədr həmçinin məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyini, institusional, təşkilati və digər tədbirlərin görüldüyünü, kadr islahatlarının aparıldığını bildirib.
Daha sonra sədr yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib, hakimlik fəaliyyətlərini həyata keçirərkən əldə etdikləri bilik və bacarıqlarının məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsində istifadə etməyi, ədalət mühakiməsinin prinsiplərinə dönmədən riayət etməyi, şərəfli hakim adını hər zaman uca tutmağı tövsiyə edib.
Yekunda yeni təyin olunmuş hakimlərə məhkəmənin adından xüsusi hazırlanmış plaketlər təqdim edilib.