- 10:52
Türkiyədə güclü yağış və əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də İstanbul, Kocaeli, Yalova, Sakarya, Zonguldak və Düzce vilayətlərində tədris bir günlük dayandırılıb.
E-huquq.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin proqnozuna görə, ölkənin bəzi bölgələrində güclü yağışların davam edəcəyi gözlənilir. Əlverişsiz hava şəraitinin nəqliyyatda problemlər yaradacağı və gündəlik həyata mənfi təsir göstərəcəyi bildirilir.
Vilayət valiliklərinin qərarına əsasən, qeyd olunan ərazilərdə məktəblərdə və digər təhsil müəssisələrində dərslər müvəqqəti dayandırılıb.
Bəzi vilayətlərdə hamilə, əlilliyi olan və azyaşlı uşaqları olan dövlət qulluqçularının da məzuniyyətə buraxılacağı açıqlanıb.
Səlahiyyətli qurumlar əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıqları izləməyi və ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə ediblər.
Şəbnəm Mehdizadə