- 10:26
Türkiyənin İstanbul, Burdur və Ordu vilayətlərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, əməliyyat İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində keçirilib.
15 ünvanda eyni vaxtda keçirilən əməliyyatlar zamanı təşkilatın gizli şəbəkəsində məsul vəzifələr tutduğu müəyyən edilən şəxslər saxlanılıb.
İstintaq çərçivəsində şübhəlilərin bank əməliyyatları, təşkilatla əlaqəli qurumlara maliyyə köçürmələri və ardıcıl telefon zəngləri araşdırılıb.
Saxlanılanlar arasında hazırda vəzifədə olan və vəzifəsindən uzaqlaşdırılmış dövlət qulluqçuları da var. Şübhəlilər istintaq tədbirlərinin davam etdirilməsi üçün polis bölməsinə aparılıblar.
Şəbnəm Mehdizadə