- 10:26
Türkiyənin İstanbul şəhərində altımərtəbəli yaşayış binasında yanğın baş verib.
E-huquq.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, yanğın İstanbulun beyoğlu rayonunda, Katip Mustafa Çələbi məhəlləsində yerləşən binanın sonuncu mərtəbəsindəki mənzildə başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibbi yardım qrupları cəlb olunub. Alovun dam örtüyünə keçməsinə baxmayaraq, yanğınsöndürənlər yanğını söndürüblər.
Hadisə nəticəsində mənzilə və binanın dam örtüyünə ziyan dəyib. Yanğının başvermə səbəbi məlum deyil.
Şəbnəm Mehdizadə