Otel işçilərini daşıyan mikroavtobus aşdı, 5 nəfər yaralandı


  • 10:00

Türkiyənin Muğla vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Marmaris rayonunda otel işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində beş nəfər xəsarət alıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım xidməti, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.

Nəqliyyat vasitəsində sıxılıb qalan iki nəfər yanğınsöndürənlər tərəfindən oradan çıxarılıb.

Qəza nəticəsində xəsarət alan beş nəfərə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəzanın səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər