Banqladeşdə qızılcadan ölən uşaqların sayı 1201-ə yüksəlib


  • 10:14

Banqladeşdə martın 15-dən davam edən qızılcadan ölən uşaqların sayı 1201-ə yüksəlib.

E-huquq.az "Dhaka Tribune" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın 15-dən etibarən qızılcaya bənzər simptomları olan 1097 uşaq və qızılca diaqnozu qoyulmuş 104 uşaq həyatını itirib. Hesabat dövründə qızılca şübhəsi ilə 190 663 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 183 042 nəfəri sağalaraq evə buraxılıb.

Açıqlamada qeyd olunur ki, qızılcaya bənzər simptomları olan şəxslərin sayı 214 551-ə, təsdiqlənmiş qızılca hallarının sayı isə 23 157-yə çatıb. Bundan əlavə, bildirilir ki, son 24 saat ərzində 1307 şübhəli və 35 təsdiqlənmiş qızılca halı qeydə alınıb.

Mart ayında ölkədə başladılan təcili peyvəndləmə kampaniyası ilkin mərhələdə 6 aylıqdan 5 yaşa qədər uşaqlara yönəldilmişdi; sonradan peyvəndləmə prosesi mərhələli şəkildə genişləndirilərək bütün ölkəni əhatə etdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər