- 10:45
Kolumbiyanın cənub-qərbində qanunsuz fəaliyyət gösətərn qızıl mədənində baş verən uçqun nəticəsində 14 nəfər həyatını itirib.
E-huquq.az ölkə mətbuatına istinadən xəbər verir ki, mədən Narino departamentində, El Çambero və Bellavista yaşayış məntəqələri arasında yerləşir.
Həlak olanların cəsədləri, eləcə də yaralılar yerli sakinlər və axtarış-xilasetmə qrupları tərəfindən ekskavatorların köməyi ilə çıxarılıb.
Xəsarət alan 7 nəfər xəstəxanaya aparılıb.
Yerli mediaya açıqlama verən Nariño qubernatoru Luis Alfonso Eskobar həlak olanların ailələrinə başsağlığı verib.
O, Ölənlərin sayının arta biləcəyini istisna etməyib.
Avqust ayında Kolumbiyanın eyni bölgəsində baş verən oxşar mədən qəzasında 13 nəfər həyatını itirmişdi.
Qeyri-qanuni qızıl hasilatı və narkotik ticarəti cinayətkar təşkilatlar üçün əsas gəlir mənbələrindən sayılır.
Şəbnəm Mehdizadə