ABŞ-da məhkəmə 33 il həbsdə olan şəxsə bəraət verdi


  • 26 May 2023 15:18

ABŞ-da məhkəmə iki yeniyetməni öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsə 33 il sonra bəraət verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles Məhkəməsində ötən gün baş tutan prosesdə 1990-cı ildə 45 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Daniel Saldana barəsində bəraət hökmü çıxarılıb.

Saldana məhkəmə prosesindən sonra prokuror Corc Qaskonla birgə mətbuat konfransında çıxış edib.

Təqsirsizliyi sübuta yetirilən Daniel Saldana özünü xoşbəxt hiss etdiyini deyib: "Hər gün günahsız olduğunu bilə-bilə oyanmaq, dəmir barmaqlıqlar arxasından kömək istəmək çox çətin idi"

Prokuror Qaskon bildirib ki, 2017-ci ildə başqa bir məhkum azadlığa buraxılan zamanı rəsmilərə Saldananın heç bir günahı olmadığını, hücumda iştirak etmədiyini və hadisə zamanı orada olmadığını bildirib. Lakin həmin şəxsin etirafı ilə bağlı heç bir tədbirin görülməməsi Saldananın daha 6 il günahsız yerə həbsdə qalmasına səbəb olub.

Qaskon qeyd edib ki, o, işin yenidən açılması üçün vəsatət qaldırıb və bununla da Saldananın günahsız olduğu sübut olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər