Bakı metrosunda hadisə: Sərnişinlər düşürüldü


  • 3 Sentyabr 18:17

Bakı metropoliteninin "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

E-huquq.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bu, "Nizami-Dərnəgül" sahəsində 2 qatar arasında interval pozulmasına səbəb olub.

"Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər