Məhkəmə iclasına gəlməyən şahidi hansı cəza gözləyir?


  • 11 Fevral 2021 09:35

Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Bəs şahid qismində məhkəməyə çağırılan şəxs ifadə verməkdən boyun qaçırır və məhkənməyə gəlmirsə, bu halda cəzalandırıla bilərmi?

E-huquq.az-ın məlumatına görə, Mülki Prosessual Məcəlləyə əsasən, şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.

Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.

Şahidlər, ekspertlər və ya mütəxəssislər məhkəmə iclasına gəlmədikdə, məhkəmə onların iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır.

Çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər.

Sevgül Qasımzadə

Oxşar xəbərlər