Hakimin təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarmaq hüququ varmı?


  • 20 May 2021 10:52

Hakim təqsirləndirilən şəxs barəsində cəlb etmə qərarını Cinayət Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddələr əsasında çıxara bilər.

E-huquq.az xəbər verir ki, aşağıdakı hallarda hakimin təqsirləndirilən şəxs qismində cəlb etmə hüququ var:

Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldıqda;

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atıldıqda;

Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa;

İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulduqda.

Sevgül Qasımzadə

Oxşar xəbərlər