Kimlər mirasdan məcburi pay ala bilər?


  • 6 Dekabr 2021 18:16

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasında daxildir. Buna görə həmin şəxslərin də mirasdan məcburi pay hüququ var.

Miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun vəsiyyətnaməsi həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil yalnız məhkəmə tərəfindən məhrum edilə bilər.

Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

Oxşar xəbərlər