E-huquq.az-dan mediasiya prosesinə DƏSTƏK


  • 13 İyul 2021 17:55

Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da əvvəllər birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılacaq və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilməyəcək.

E-huquq.az informasiya portalı məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti, bu sahədə islahatların işıqlandırılması, vətəndaşların hüquqi biliklərinin artırılması və cəmiyyətin hüquqi maariflənməsinə xidmət edən media orqanı olaraq, mediasiya institutunun fəaliyyətinə də dəstək verəcəkdir.

Bu məqsədlə saytın "Mediasiya" adlı yeni bölməsi yaradılıb. Bölməyə daxil olaraq oxucular mediasiya sahəsində görülən işlər, Mediasiya Şurasının fəaliyyəti, mediasiya yolu ilə həllini tapan mübahisələr və s. bu kimi informasiyalarla asanlıqla tanış ola bilərlər. Burada eyni zamanda mütəmadi olaraq mediasiya ilə bağlı maarifləndirici materiallar da dərc olunacaqdır.

Oxşar xəbərlər