Mediasiya Şurasının əməkdaşları mükafatlandırıldı - SİYAHI


  • 11 Avqust 2022 14:28

Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Mediasiya Şurasının əməkdaşları fəaliyyət sahələrinə uyğun işlərin davamlı şəkildə operativ, sistemli və keyfiyyətli icrasına görə diplom ilə təltif edilib.

E-huquq.az-ın məlumatına görə, mükafatlandırılan əməkdaşlar aşağıdakılardır:

1. Həsənova Turanə Sənan qızı
2. Səfərov Maşallah Roman oğlu – Maliyyə və mühasibat uçotu işinin təşkili və idarə edilməsinə görə
3. Lətifov Kamil Ceyhun oğlu – Mediator və mediasiya təşkilatları ilə işin təşkili, iş bölgüsünün həyata keçirilməsinə görə
4. Hüseynov Elçin Rövşən oğlu – Hüquqi sənədlərin hazırlanması və bu sahədə işin təşkilinə görə
5. Ələsgərova Fidan Mahir qızı – Vətəndaş müraciətlərinin və mediatorlarla işin təşkilinə görə
6. Vahid Simarə Rasif qızı – Mediator və mediasiya təşkilatları ilə işin təşkili, vətəndaş müraciətlərinin qəbuluna görə
7. Məmmədov Ziyad Mehman oğlu – Maliyyə və mühasibat uçotu işinin təşkilinə görə

Həmçinin Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə DOST İş Mərkəzi tərəfindən təhkim olunmuş sosial işçilər də diqqətdən kənar qalmayıb. Vətəndaş müraciətlərinin qeydiyyata alınması işində fərqlənən Cabbarova Arzu Loğman qızı, Çağrı mərkəzi ilə işdə fərqlənən Yusufova Leyla Fərhad qızı və texniki təminat işinin təşkili şöbəsində fəaliyyət göstərən Hidayətzadə Elvin Eldar oğlu da Mediasiya Şurası tərəfindən diplom və mükafatlara layiq görülüb.

Oxşar xəbərlər