Rəşad Nəbiyev: "Rəqəmsal mühit uşaqlar üçün imkanlarla yanaşı, müəyyən risklər də yaradır"


  • 11:55

"Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlar üçün müəyyən təhlükələr də yaradır".

E-huquq.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir bildirib, rəqəmsal imkanların real faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır. Onun sözlərinə görə, bu sahədə rəqəmsal təhsilin təşkili, normativ-hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənməsi mexanizmlərinin müəyyən edilməsi əsas istiqamətlərdir.

R.Nəbiyev vurğulayıb ki, uşaqlar rəqəmsal mühitdə yalnız texniki bacarıqlar əldə etmirlər, eyni zamanda onların düşüncə tərzi və dünyagörüşü də bu mühitdə formalaşır.

Humay Eminqızı

Oxşar xəbərlər